Din xadimlərinə mükafat və medallar təqdim edilib

Din xadimlərinə mükafat və medallar təqdim edilib
12:01 24 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazanla bağlı keçirilən tədbirdə bir sıra din xadiminə mükafat və medallar təqdim edilib.

Trend-in məlumatına görə, mükafatları QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə təqdim edib.

Əvvəlcə Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən QMİ-nin Qazilər şuarsının sədri, ilahiyyatçı-alim Vasim Məmmədəliyevə verilmiş, Fond tərəfindən təsis edilən “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olunub.

Daha sonra QMİ Qazilər Şurasının üzvü, idarənin Ağdam rayon üzrə qazisi Hacı Barat Bağırov vətənə layiq xidmətinə görə “Müharibə veteranı” adına layiq görülüb.

QMİ-nin Qazilər Şurasının üzvü, idarənin Bərdə bölgəsi üzrə qazisi Hacı Ramazan Hüseynov və idarənin Tərtər rayon cümə məscidinin axundu Hacı Sadiq Cəfərov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında, veteranların, şəhid ailələrinin sosial problemlərinin yaxından həllində iştirakına görə “Fədai” medalı ilə təltif ediliblər.

QMİ-nin Beyləqan rayon “Cərciz Peyğəmbər” ziyarətgahının axundu Həci Mirsəcad İmranov “Vətən Naminə” medalı ilə təltif olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2758558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR