Nazir: "İran, Rusiya, Qazaxıstan və s. ölkə vətəndaşları növbəti festivalda Azərbaycana səfər etməyi planlaşdırır"

Nazir: "İran, Rusiya, Qazaxıstan və s. ölkə vətəndaşları növbəti festivalda Azərbaycana səfər etməyi planlaşdırır"
12:02 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ "Bakı Ticarət Festivalının uğurlu keçməsində bizə medianın da dəstəyi olub. Bu çərçivədə dəstək verən media qurumları arasında "Report" İnformasiya Agentliyi də yer alıb". "Report" xəbər verir ki, bunu festivalın yekunlarına həsr olunmuş tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayevin sözlərinə görə, festivalın güclü təbliği qonşu ölkələrdə Azərbaycana marağı artırıb: "Artıq bəzi əks-sədaları eşidirik. İran, Rusiya, Qazaxıstan və başqa ölkə vətəndaşları növbəti festivalda Azərbaycana səfər etməyi planlaşdırırlar".
Nazir deyib ki, növbəti festivalın dəqiq vaxtı qarşıdakı 20 gündə bilinəcək. Festivalın bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/nazir-i-ran-rusiya-qazaxistan-ve-s-olke-vetendaslari-novbeti-festivalda-azerbaycana-sefer-etmeyi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR