Britaniyanın Azərbaycandakı səfiri: “Dəhşətli hücuma baxmayaraq başımızı uca tuturuq”

Britaniyanın Azərbaycandakı səfiri: “Dəhşətli hücuma baxmayaraq başımızı uca tuturuq”
12:02 24 May 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ “Terrorizm heç zaman qalib gəlməyəcək. Biz qalib gələcəyik”.
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib.
O, xatırladıb ki, Mançester stadionunda baş vermiş dəhşətli terror aktı nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb: “Yaralıların çoxunun vəziyyəti ağırdır, onların ölüm təhlükəsi keçməyib. Biz bu gün bütün qurbanları yad edirik. Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyaya başsağlığını çatdıran ilk dünya liderlərindən biri olub. Həmçinin xarici işlər naziri Elmar Məmmədyarov başsağlığını çatdırıb. Biz buna görə minnətdarıq. Bu dəhşətli hücuma baxmayaraq, başımızı uca tuturuq. Dediyim kimi, terrorizm heç zaman qalib gəlməyəcək. Biz qalib gələcəyik”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/britaniyanin-azerbaycandaki-sefiri-dehsetli-hucuma-baxmayaraq-basimizi-uca-tuturuq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR