Qarabağlı Əmrah Çəlikəl - 41 yaş

Qarabağlı Əmrah Çəlikəl -   41 yaş
12:07 24 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün “Qarabağ”lılar üçün əlamətdar gündü. Klubun direktoru Əmrah Çəlikəlin 41 yaşı tamam olur. 


“Qarabağ” ailəsinin uğurlarında onun da danılmaz əməyi şübhəsizdir. Əmrah bəy işgüzarlığı ilə yanaşı səmimi və diqqətli insandı. Heç bir uğura başı gicəllənməyən, sadəliyini qoruyub saxlayan biridi. Dəfələrlə səfərlərdə olmuşuq bir yerdə. Xitabından belə tanışlığa, yoldaşlığa necə sadiq, sədaqətli olduğu hiss olunur. 10 ilə yaxındı tanıyıram onu. Bu illərdə çox söhbətlərimiz, görüşlərimiz olub. Amma heç yadımdan çıxmayacaq bir söhbəti sizlərlə bölüşmək yerinə düşər. 


Türkiyədə “Qarabağ”ın qış təlim toplanışı idi. Klubun məskunlaşdığı otelə getmişdim. Əmrah bəylə foyedə rastlaşdıq. Hələ o vaxtlar yeni tanış olmuşduq. O da otələ yenicə gəlmişdi. Təklif etdi ki, çay içib bir az söhbətləşək. Bir məqamı da etiraf edim ki, türk dilini 30 faizdən artıq başa düşmürəm və danışa bilmirəm. Əmrah bəylə də türkcə danışmaq lazım olduğunu düşünürdüm. Bir şahid lazım idi ki, mənim danışığıma qulaq assın. Amma səbəbkar söhbətə girişdəcə hiss etmişdi türkcəmin nə qədər “güclü” olduğunu. Gülümsəyərək “Alicim, Azərbaycanca danış, narahat olma” deməsi ilə türkcəmin bərbad olduğuna bir daha əmin oldum.


Yəni, deməyim odur ki, Əmrah Çəlikəllə söhbətləşərkən qarşında Türkiyəli olduğunu belə unudursan. Azərbaycana, “Qarabağ”a o qədər isnişib ki, artıq Azərbaycanlı, Qarabağlıdır. 


Əmrah bəyi kollektivimiz adından təbrik edir, gələcəkdə bol-bol uğurlar arzulayıram. Qırxbirinci mayınız mübarək!


Əli Sahib


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qarabal-mrah-clikl-t58301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR