AMEA prezidenti: "İnstitut direktorlarından qrant məsələsinə ciddi diqqət yetirmələrini tələb edirəm"

AMEA prezidenti: "İnstitut direktorlarından qrant məsələsinə ciddi diqqət yetirmələrini tələb edirəm"
12:12 24 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ "AMEA-nın institut direktorlarından tələb edirəm ki, qrant məsələsinə ciddi diqqət yetirsinlər".
"Report" xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin iclasında akademiyanın prezidenti Akif Əlizadə deyib.
O bildirib ki, hazırda akademiyada 190-a yaxın alim çalışır: "Onlar böyük ordudur". 
Akademikin sözlərinə görə, Azərbaycan innovativ yolun inkişafına zəruri və vacib olaraq diqqət etməlidir: "Bu gün dövlət tərəfindən innovativ təkliflər olduqca vacib amilə çevrilib. Biz akademiya olarıq innovativ yolda inkişafımızı görürük".
A.Əlizadə qeyd edib ki, XXI əsrdə elmdə öncül istiqamətlər fizika və biologiyadır: "Hazırda bu istiqamətlər arasında bir növ yarış gedir. Biologiyanın bu əsrdən fizikanı ötməsi gözlənilir. Nüvə fizikası inkişaf etdirilməlidir. Bu istiqamətə biz çox ciddi fikir veririk və prioritet kimi qəbul edirik. Nüvə fizikası istiqaməti bu gün inkişaf etdirilir".
AMEA prezidenti bildirib ki, riyazi modelləşdirilmə genişləndirilməlidir: "Xəzər dənizinin problemləri bu gün akademiyanın ən öncül problemlərindən biri olmalıdır. Xəzər dənizinin özünün, atmosferinin riyazi modelini yaratmaq lazımdır. Burada deyilə bilər ki, kadr yoxdur. Əgər kadr yoxdursa hazırlamaq lazımdır".
Onun sözlərinə görə, nə televiziya, nə də digər KİV-lərin heç biri tam Azərbaycan dilinin səlisliyinə, qorunmasına fikir vermir: "Bizdən soruşurlar ki, siz hardasız?! Dilçilik istiqamətində davamlı işlər aparılmalıdır".
A.Əlizadə qeyd edib ki, Azərbaycan alimləri ən geridə qalmış təbəqə kimi nə Avropa, nə xüsusi, nə də başqa dünya qrantlarında iştirak etmir: "Nə üçün Azərbaycan alimləri dünya, Avropa qrantlarında iştrak etmir? İnstitut direktorlarından tələb edirəm qrant məsələsinə xüsusi diqqət yetirsinlər".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/amea-prezidenti-i-nstitut-direktorlarindan-qrant-meselesine-ciddi-diqqet-yetirmelerini-teleb-edirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR