Ermənistana idxal edilən və yarmarkalarda satılan
Azərbaycan almaları ilə bağlı mövzu hələ də qapanmayıb.
Publika.az xəbər verir ki, Ermənistan hakimiyyəti
Azərbaycan alması ilə bağlı yeni iddia ilə çıxış edib.
Dövlət Gəlirləri Komitəsi iddia edib ki, İrəvan yarmarkalarında
satılan Azərbaycan almaları əslində Polşa mənşəlidir, sadəcə
olaraq, üzərinə Azərbaycan firmasının emblemi vurulub.
Ermənistan mediası bunun hakimiyyətin buraxdığı səhvi təmizə
çıxarmaq gedişi olduğunu yazıb.
“Joxovurd” qəzeti yazır ki, hazırda gömrüklərdə üzərində emblem
olmayan almalar Ermənistana buraxılmır: “Bunu etibarlılıq üçün
edirlər. Lakin Azərbaycan almaları ilə bağlı yaranmış qalmaqaldan
sonra belə gömrükdə qanunsuzluğun, özbaşınalığın qarşısı
alınmayıb”.
Qeyd edək ki, bu ilin 23 aprelində Ermənistan mediası İrəvan
yarmarkalarında Azərbaycan almalarının satıldığına dair məlumat
yaydı. Bundan sonra Ermənistanda ciddi təşviş yarandı. Hakimiyyət
nümayəndələri İrəvan yarmarkalarının bir-bir gəzərək, üzəində
Azərbaycanın “DAD Fruits” firmasının emblemi olan almaları
toplayaraq, məhv etdi. Bu hadisəyə görə almaları Ermənistana aparan
4 şəxs, həmçinin, 8 səlahiyyətli həbs olunub.