Yağış, külək - SABAH

Yağış, külək - SABAH
12:14 24 May 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mİlli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-25°, Bakıda gecə  14-16°, gündüz  23-25° isti olacağı gözlənilir.

 

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz  23-28°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR