Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...
12:15 24 May 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycan alimləri ən geridə qalmış təbəqə kimi dünya, Avropa qrant layihələrində iştirak etmir. İnstitut direktorlarından tələb edirəm ki, qrant layihələrinə xüsusi diqqət edilməlidir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elml­ər Akademiyasının Rəy­asət Heyətinin iclasında AMEA-nın yeni seç­ilmiş 16 həqiqi və 25­ müxbir üzvünə diplom­ların təqdim olunması mərasimində çıxış edən AMEA-nın prezide­nti Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, bu gün AMEA-da 190-a yaxın alim çalışır: "Onlar böyük ordudur. Bu gün alimlər qarşısında yeni vəzifə qoyulub".

A.Əlizadə deyib ki, dünya elmində olduğu kimi, Azərbaycan da elmin innovativ yolla inkişafına diqqət yetirməlidir:

"Dövlət tərəfindən innovativ tədbirlərin keçirilməsi vacibdir. Bu gün innovativ yol seçilib və biz də inkişafımızı bunda görürük".

A.Əlizadə qeyd edib ki, elmdə öncül istiqamətlər fizika və biologiya olmalıdır:

"AMEA-da bu istiqamətlər qabaqcıl olaraq qalmaqdadır. Nüvə fizikası inkişaf etməlidir. Bu istiqamətləri bu gün çox ciddi istiqamət kimi qəbul edirik. Lakin innovativ fizika ilə bağlı iradım budur ki, innovativ istiqamətli elmi təqdiqatlar üstünlük təşkil etməlidir".

A.Əlizadə bəzi iradlarını da alimlərin nəzərinə çatdırıb:

"Biz bu gün Yüksək Texnologiyalar Parkında heç bir bölmənin aktiv fəaliyyətini görmürük. Belə olsa, bu, getdikcə sönəcək. Riyazi modernləşdirməni genişləndirmək lazımdır. Bu, olduqca bacib istiqamətdir. Proqram mühəndisliyi bu gün dünyada geniş tədqiqatlar aparılır. Azərbaycanda isə bu sahənin inkişafına 21-ci əsrdə başlanılıb. Bu gün Xəzər dənizinin problemləri alimlər üçün əsas tədiqiqat istiqamətləri olmalıdır. Burada deyilə bilər ki, kadr yoxdur. Kadr yoxdursa, onu hazırlamaq lazımdır. Kimyaçılar farmokoloji sahəyə diqqəti artırmalıdırlar. Azərbaycanda yeni dərman zavodları yaranır, amma AMEA yenə də kənarda qalıb. Humanitar elmlərdən çox böyük töhfələr gözləyirik".

A.Əlizadə deyib ki, multikultirazm bu gün Azərbaycanın ideyasıdır. Bu gün AMEA multikultirazmin elmi əsaslarını da öyrənməlidir.

A.Əlizadə deyib ki, tariximizi saxtalaşdıranlara qarşı da mövqeyimiz sərt olmalıdır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2758575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR