İsrail səfiri Naxçıvanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

İsrail səfiri Naxçıvanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib
12:17 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav Naxçıvan Muxtar Respublikasında səfərdədir.
İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı D.Stav Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov ilə görüşüb və onunla müxtəlif sahələrdə, xüsusən də kənd təsərrüfatı, su menecmenti, səhiyyə, turizm və akademik sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib.
Bununla yanaşı, ikitərəfli əməkdaşlıq imkanlarının müzakirəsi üçün Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı, səhiyyə nazirləri və Naxçıvanın biznes dairələrinin nümayəndələri ilə görüşlər keçirilib. Səfir səhiyyə naziri Niyazi Novruzov ilə Naxçıvanın Mərkəzi Xəstəxanasında olub.
Səfər zamanı diplomat həmçinin Naxçıvan Dövlət Universitetində Azərbaycan-İsrail münasibətlərinə dair mühazirə ilə çıxış edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/i-srail-sefiri-naxcivanda-kend-teserrufati-sahesinde-emekdasliq-meselelerini-muzakire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR