Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək

Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək
12:17 24 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək. 
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a bildirilib ki, Paris Azərbaycan Evinin və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə keçirilən xatirə gecəsində xalq şairinin fransız dilində çapdan çıxmış "Bir gün təbəssüm olmuşdum" adlı kitabı da fransız ictimaiyətinə təqdim olunacaq.
Tədbirin iyunun 6-da, saat 19.00-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, şair, dramaturq, publisist,Yazıçılar Birliyininüzvü, Əməkdar incəsənət xadimi, Milli Məclisinindeputatı (2000,2005) Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 76 yaşında dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/vaqif-semedoglunun-parisde-xatire-gecesi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR