Din xadimlərinə mükafat və medallar təqdim edildi

Din xadimlərinə mükafat və medallar təqdim edildi
12:22 24 May 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazanla bağlı keçirilən tədbirdə bir sıra din xadiminə mükafat və medallar təqdim edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mükafatları QMİ sədri şeyxülislam hacı Allahşükür Paşazadə təqdim edib.

Əvvəlcə Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən QMİ-nin Qazilər şuarsının sədri, ilahiyyatçı-alim Vasif Məmmədəliyevə verilmiş, Fond tərəfindən təsis edilən "Qızıl çinar" beynəlxalq mükafatı təqdim olunub.

Daha sonra QMİ Qazilər Şurasının üzvü, idarənin Ağdam rayon üzrə qazisi hacı Barat Bağırov vətənə layiq xidmətinə görə "Müharibə veteranı" adına layiq görülüb.

QMİ-nin Qazilər Şurasının üzvü, idarənin Bərdə bölgəsi üzrə qazisi hacı Ramazan Hüseynov və idarənin Tərtər rayon cümə məscidinin axundu hacı Sadiq Cəfərov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında, veteranların, şəhid ailələrinin sosial problemlərinin yaxından həllində iştirakına görə "Fədai" medalı ilə təltif ediliblər.

QMİ-nin Beyləqan rayon "Cərciz Peyğəmbər" ziyarətgahının axundu hacı Mirsəcad İmranov "Vətən Naminə" medalı ilə təltif olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR