Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb
12:27 24 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Böyük Britaniyanın Azərbaycandakı səfirliyində Mançesterdə törədilən terror hücumunda həlak olanları anmaq məqsədilə xatirə kitabı açılıb.
"Report" xəbər verir ki, xatirə kitabı 24 və 25 may tarixlərində saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək açıq olacaq.
Artıq Türkiyə, Fələstin, Hindistan səfirləri və BMT-nin Bakı ofisinin rəhbəri, eləcə də Qazaxıstan, Türkmənistan səfirliklərinin nümayəndələri kitabda qeydlərini edib.
Qeyd edək ki, mayın 22-də axşam "Mançester Arena"da konsert proqramı zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər həlak olub, təxminən 60 nəfər yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/boyuk-britaniyanin-azerbaycandaki-sefirliyinde-xatire-kitabi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR