"İftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq” - QMİ sədri

"İftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq” - QMİ sədri
12:29 24 May 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz MÜsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, ümumiyyətlə, bütün dindarlara Ramazan ayında iftardan əvvəl məclislərdə iştirak etməmək barədə xəbərdarlıq edib.
 
APA-nın məlumatına görə, Şeyxülislam QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, heç bir müsəlman din xadimi Ramazan ayında iftardan əvvəl məclislərin iştirakçısı və təşkilatçısı olmamalıdır: “Biz nümunə olmalıyıq. Siz də mənim nümayəndələrimizsiniz. Ona görə belə məsələdə diqqətli olun. Əvvəldən deyirəm ki, biləsiniz, sonra məni tutduğunuz vəzifədən kənarlaşdırmaq barədə qərar vermək məcburiyyətində buraxmayın. Çünki əks halda belə qərar verəcəyəm”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR