Rabitəbank ASC Vahid ATM şəbəkəsi layihəsini davam edir!

Rabitəbank ASC Vahid ATM şəbəkəsi layihəsini davam edir!
12:32 24 May 2017
Ölkə mətbuatı
A- A+

Rabitəbank Vahid ATM şəbəkəsi layihəsinin davamı olaraq əmək haqqı kartlarına sahib olan müştərilər üçün sərfəli xidmət təklif edir. Artıq Rabitəbank-ın əmək haqqı kartı sahibləri Bank Respublikanın ATM şəbəkəsindən və POS terminallarından rahatlıqla istifadə edə biləcəklər. Həmin ATM-lərdən vəsaiti nağdlaşdıran zaman əmək haqqı kartlarından tutulacaq komissiya xərci 0% olacaq. Vahid ATM şəbəkəsi layihəsi çərçivəsində digər kartlar üçün bu məbləğ 1% nəzərdə tutulub.

Rabitəbank bu layihəyə ilk olaraq ölkənin dörd bankı ilə ATM şəbəkəsini birləşdirməklə başlayıb. Belə ki, müştəri məmnuniyyətini daim üstün tutan bank kart istifadəçiləri üçün çox sərfəli və rahat şərtlərlə vəsaitlərini Rabitəbank daxil olmaqla 5 bankın ATM  şəbəkəsi vasitəsilə güzəştlə nağdlaşdırmaq imkanı yaradıb. İndi Rabitəbank-ın genişlənmiş ATM şəbəkəsinə özünə məxsus 59 ATM-dən əlavə güzəştli tariflərlə Bank Respublika (əmək haqqı kartları üçün 0%, digər kartlar üçün 1%), Caspian Development Bank (1%), Muğan Bank (1%) və Turan Bank-ın (1%) ATM-ləri də daxildir.

Rabitəbank 1993-cü ildə fəaliyyətə başlamış və tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirərək universal banka çevrilmişdir.                                       

Daha ətraflı məlumat üçün 133 Məlumat Mərkəzinə zəng vura bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/547802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR