“Microsoft” şirkəti yeni “Surface Pro” planşetini təqdim edib

“Microsoft” şirkəti yeni “Surface Pro” planşetini təqdim edib
12:35 24 May 2017
Ölkə mətbuatı
A- A+

“Microsoft” şirkəti Şanxayda keçirilmiş xüsusi tədbirdə yeni “Surface Pro” planşet kompüterini təqdim edib. İstehsalçı modellərin nömrələnməsindən imtina edib, buna görə yeni qurğu, sadəcə, “Surface Pro” adlanır.

“ICtnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni “Surface Pro” planşetində əsas dəyişikliklər “Intel” korporasiyasının yeddinci nəsil prosessorları və sistem lövhəsinə birləşdirilmiş əməli yaddaş olub. Planşetin avtonom iş vaxtı 13,5 saatdır. Bundan başqa, “Intel Core m3” və “Intel Core i5” prosessorları ilə təchiz edilmiş kiçik modellərdə soyuma sistemi ləğv edilib, deməli, tamamilə səssiz işləyir.
“Surface Pro” planşetinin texniki xarakteristikaları aşağıdakılardır:

displey: 12,3 düym, 2736x1824 piksel;
prosessor: “Intel Core m3 7Y30” / “Intel Core i5-7300U” / “Intel Core i7-7660U”;
qrafika: “Intel HD Graphics 615” (m3) / “Intel HD Graphics 620” (i5) / “Intel Iris Plus Graphics 640” (i7);
əməli yaddaş: 4/8/16 QB, “LPDDR3”, 1866 MHs;
daxili yaddaş:  512 QB-dək tutumunda “SSD”;
yaddaş kartları üçün slot: var, “microSDXC”;
simsiz interfeyslər: “Wi-Fi 802.11ac”, “Bluetooth 4.1”;
rabitə: “LTE”;
səs: 2,1 Dolby Audio Premium stere dinamikləri;
veb-kamera: “Windows Hello” dəstəkli 5 meqapiksel;
çəki: 770 qr;
iş vaxtı: 13,5 saatadək.

Yeni “Surface Pro” planşeti artıq 799 dollardan ilkin sifariş üçün əlçatandır. Klaviatura və stilus müvafiq olaraq 129 və 99 dollara satılır.

Emil Hüseynov





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47994-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR