"Terrorizm heç vaxt qalib gələ bilməyəcək" - Britaniya səfiri

"Terrorizm heç vaxt qalib gələ bilməyəcək" - Britaniya səfiri
12:37 24 May 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Terrorizm heç zaman qalib gəlməyəcək. Biz qalib gələcəyik. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib. O bildirib ki, 2 gün əvvəl Mançesterdə terrorçu da daxil olmaqla, 22 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib:

"Hadisə zamanı 59 nəfər xəsarət alıb və onların içərisində həyati təhlükəsi olanlar var. Azərbaycan prezidenti İlham Əliyev və xarici naziri Elmar Məmmədyarov Britaniya hökumətinə başsağlığı verən ilk liderlərdəndir. Biz bunu yüksək qiymətləndiririk. Bu dəhşətli hücuma baxmayaraq, biz başımızı uca tuturuq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/547807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR