Videotəkrara baxdıqdan sonra qol ləğv olundu

Videotəkrara baxdıqdan sonra qol ləğv olundu
12:37 24 May 2017
31 İdman
Ölkə mətbuatı
A- A+

Fransada futbol matçı zamanı videotəkrara baxışdan sonra qol ləğv olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hadisə aşağı liqa təmsilçiləri "Paris"lə "Orlean" arasında keçirilən görüşdə baş verib.

Qarşılaşmanın 32-ci dəqiqəsində qonaqlar oyundankənar vəziyyətdən hesabı açsalar da, yan xətt hakimi qayda pozuntusunu qeydə almayıb. Lakin referi videogörüntülərə baxan köməkçisinin məlumatından sonra qolu ləğv edib. Buna rəğmən, "Orlean" səfər matçında 1:0 hesabı ilə qalib gəlməyə müvəffəq olub.

Qeyd edək ki, "Paris" Fransanın səviyyəcə 3-cü sayılan Milli Liqasında 3-cü yeri tutub və Liqa 2-də 18-ci olan "Orlean"la "pley-off"da qarşılaşmaq hüququ qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR