Şəkidə 79 yaşlı kişi intihar edib

Şəkidə 79 yaşlı kişi intihar edib
12:47 24 May 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki. 24 may. REPORT.AZ/ Şəki şəhərində 79 yaşlı kişi intihar edib.
"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, Şəki şəhər sakini ,1938-ci il təvəllüdlü Nadiq Alı oğlu Umarov özünü işıq dirəyindən asıb.
Onun meyiti səhər saatlarında şəhərin Mirzə Fətəli Axundov prospektində, Qurucana çayının sahilində olan işıq dirəyində asılı vəziyyətdə aşkarlanıb. Məlumata görə, N.Umarov ruhi xəstə olub.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sekide-79-yasli-kisi-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR