Şeyxülislamdan din xadimlərinə ÇAĞIRIŞ

Şeyxülislamdan din xadimlərinə ÇAĞIRIŞ
12:49 24 May 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayı boyunca din xadimlərinə çıxışlarında, xüsusilə axund və imamlara moizələrində məzhəb adı çəkməyi, sünni və şiə fərqləndirmələrini qadağan edib.
 
APA-nın məlumatına görə, Şeyxülislam QMİ-də Ramazan ayı ilə bağlı keçirilən tədbirdə bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları bununla bağlı ona məlumat versə, həmin din xadimi barəsində tədbir görüləcək.
 
O qeyd edib ki, Komitə ilə bu məsələdə birgə nəzarət həyata keçiriləcək: “Ona görə də indidən sizə ay boyunca, ümumiyyətlə çıxış və moizələrinizdə məzhəb adı çəkərək fərqliliyə yol vermək, məzhəb ayrı-seçkiliyi salacaq ifadələr işlətməyi qadağan edirəm. Əgər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları bununla bağlı mənə hər hansı siqnal çatdırsalar, dərhal tədbir görüləcək. Çünki bizdə məzhəb fərqliliyi yoxdur, olmayacaq".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR