Rafael Ağayevin yeni evindən görüntülər - VİDEO

Rafael Ağayevin yeni evindən görüntülər - VİDEO
12:57 24 May 2017
189 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin çəkiliş komandası karatenin "Brilyant oğlanı" Rafael Ağayev evində qonaq olub.
 
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Rafael Ağayev qonaqları üçün pomidor-yumurta bişirib. Mətbəxdə o qədər də məharətli olmadığını söyləyən idmançı çox həyəcanlı olduğunu bildirib. Ailəsi və yenicə doğulmuş oğlu haqqında danışan idmançı hər gün oğlunu görmək üçün evə tələsdiyini, ata olmağın gözəl hiss olduğunu qeyd edib. Sonda Rafael Ağayev hazırladığı yeməyi qonaqları ilə birlikdə nuş edib. 
 
Qeyd edək ki, Rafael Ağayev karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz, həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının isə qızıl medalçısıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rafael Ağayevin yeni evindən görüntülər

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/547813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR