Allahşükür Paşazadə: "Məzhəb ayrı-seçkiliyi yaradanlar barədə dərhal məlumat verin"

Allahşükür Paşazadə: "Məzhəb ayrı-seçkiliyi yaradanlar barədə dərhal məlumat verin"
12:57 24 May 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə dindarlara məzhəb ayrı-seçkiliyi yaratmağa çalışan insanlar barədə dərhal müvafiq qurumlara məlumat verməyi tövsiyə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, A.Paşazadə Azərbaycanda dini sabitliyin mövcud olduğunu qeyd edib:

"Biz məzhəb ayrı-seçkiliyinə yol verə bilmərik, buna şərait yarada bilmərik. Dövlətimizin də siyasəti odur ki, ölkəmizdə məzhəb ayrı-seçkiliyi olmasın. Əgər görsəniz ki, kimsə sünni-şiə ayrı-seçkiliyi yaratmağa çalışır, dərhal bizə məlumat verin ki, lazımi tədbirlər görülsün və bu cür cəhdlərin qarşısı alınsın".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR