Azərbaycanda işə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir

Azərbaycanda işə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir
13:01 24 May 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda dövlət müəssisələrinə işə qəbul zamanı azərbaycanlılardan və entik qruplardan dövlət dilindən lazımi səviyyədə imtahanın götürülməsi və inşanın yazılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Azərbaycan Milli Elml­ər Akademiyasının (AMEA) Rəy­asət Heyətinin iclası­nda çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli çıxış edib.

Ana dilimizin saflığının qorunması üçün təkliflərini açıqlayan T.Kərimli deyib ki, küçə reklamlarında, elan, afişalarda və s. dil pozuntularının aradan qaldırılması üçün Dilçilik İnstitutunun monitorinq şöbəsinin verdiyi məlumatlar əsasında cərimələrin tətbiq edilməsi mexanizmi hazırlansın və bu məqsədlə yuxarı instansiyalara müraciət edilsin.

Bundan başqa, Azərbaycan dilinin orfoepiya lüğətin təkmilləşdirilərək böyük tirajla çap edilsin və geniş kütlələr arasında yayılsın. Bundan başqa, orta ümumtəhsil və ali məktəblərdə ritorika fənninin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi ilə məsləhətləşmələrin aparılması təklif edilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2758608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR