Qohumları xəbərdar etmişdi: “O, terror aktı törədəcək! – ŞOK İDDİA

Qohumları xəbərdar etmişdi: “O, terror aktı törədəcək! – ŞOK İDDİA
13:03 24 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin Mançester şəhərində terror aktını törətməkdə şübhəli bilinən 22 yaşlı Salman Abedi “Əl-Qaidə” terror qruplaşması ilə bağlıdır və mümkündür ki, hazırlığı xaricdə keçib.

Publika.az xəbər verir ki, bu haqda Amerika kəşfiyyatındakı mənbəyə istinadən NBC telekanalı bildirib.

Terror aktı ilə əlaqədar aparılan araşdırmanın gedişatıyla tanış olan mənbə bildirib ki, terrorçunun kimliyi partlayış yerində tapılmış bank kartı və şəxslərin tanınması üzrə texnologiyanın sayəsində müəyyən edilib.

Kanalın məlumatına görə, Salman Abedi son 12 ay ərzində bir neçə ölkədə, həmçinin Liviyada - ailəsinin yanında olub. Mənbənin sölərinə görə, onun qohumları daha əvvəl Britaniya hüquq-mühafizə orqanlarına Abedinin təhlükəli olduğu barədə müraciət ediblər.

Amerika kəşfiyyatının əməkdaşı bildirib ki, Abedinin “Əl-Qaidə” ilə Abedi əlaqələri aşkardır, amma eyni zamanda başqa terror qruplaşmaları ilə də əlaqələri istisna edilmir. Telekanalın həmsöhbəti qeyd edbi ki, Mançesterdə stadionda partladılmış bomba “böyük və mürəkkəb” idi. Bu baxımdan, mənbə bombanın Abedi tərəfindən müstəqil şəkildə hazırlandığını istisna edir.

Qeyd edək ki, mayın 22-də konsert zamanı törədilən partlayışda, son məlumatlara görə, 22 nəfər həlak olub, 59-u yaralanıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR