Mübariz Qurbanlı: "Azərbaycanda dövlət-din münasibətləri modelini çökdürməyə çalışırlar"

Mübariz Qurbanlı: "Azərbaycanda dövlət-din münasibətləri modelini çökdürməyə çalışırlar"
13:05 24 May 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi qüvvələr Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə, onu dəyişdirməyə çalışan qüvvələr var:

"Bizim tarixən formalaşmış dövlət-din modelimizin əsaslarını çökdürməyə çalışırlar. Azərbaycanın dövlət-din modelinin dəyişdirilməsinə cəhdlər radikal qruplara qarşı birgə mübarizəni zəruri edir. Çünki bizim tarixən formalaşmış modeli çökdürmək bizim dini ənənələrimizi məhv etmək deməkdir. Ona görə də hər kəs bu cür cəhdlərə qarşı mübarizə aparmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR