Komitə sədri: “Evdə “Quran kursu” yaratmaq olmaz”

Komitə sədri: “Evdə “Quran kursu” yaratmaq olmaz”
13:07 24 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ “Evdə “Quran kursu” yaratmaq olmaz. Bu kurs ancaq məscidlərdə ola bilər”.
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bütün “Quran” kursları QMİ tərəfindən qeydiyyata alınmalı və rəsmiləşdirilməlidir: “Əks halda hansısa axund və imam bu işdə səlahiyyətli olsa da, dərhal hüquq və qanunla üz-üzə qalacaq. “Quran kursu” adı altında səlahiyyati və təyinatı olmayanlar gəncləri radikal qrupun təsiri altına sala bilər. Nəyin bahasına olursa-olsun, kənardan ümumi islami dəyərlərə xələl gətirən və zərbə vuran cərəyanların ayaq açmağına yol verməməliyik”.

Xəbərin orijinal ünvanı: https://report.az/din/komite-sedri-evde-quran-kursu-yaratmaq-olmaz

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR