"Concept Central": "Azərbaycan parlaq bağlanış mərasimi ilə başa çatmış möhtəşəm İslam Oyunları keçirdi"

"Concept Central": "Azərbaycan parlaq bağlanış mərasimi ilə başa çatmış möhtəşəm İslam Oyunları keçirdi"
13:12 24 May 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm bağlanış mərasimini keçirdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Filippinin "Concept Central" jurnalında dərc olunan məqalədə bildirilir.

Qeyd olunur ki, yarışlarda iştirak edən 2800 atletdən böyük əksəriyyəti artıq şəhəri tərk etsə də, Bakı İslamiada ilə rəsmi şəkildə vidalaşmaq üçün parlaq şou təşkil etdi.

Məqalədə vurğulanır ki, bu Oyunlar Birinci Avropa Oyunları və Formula 1 yarışlarından sonra Azərbaycanın Yay Olimpiya Oyunlarını təşkil etmək yolunda atdığı daha bir addım oldu.

Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan milli komandası medalların sayına görə, İslamiadanın qalibi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR