"Dindar məclisdə falçılıqdan danışırsa ..."

"Dindar məclisdə falçılıqdan danışırsa ..."
13:14 24 May 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

 

“Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışanlar var”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayı ilə bağlı keçirilən tədbirdə deyib.

 

O bildirib ki, Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə çalışan, onu dəyişdirməyə çalışan qüvvələr var: “Hər kəs, xüsusilə dindarlar diqqətli olmalıdırlar. Azərbaycanın dövlət-din münasibətləri modelinin dəyişdirilməsinə cəhdlər radikal qruplara qarşı birgə mübarizəmizi zəruri edir. Çünki bizim tarixən formalaşmış modeli çökdürmək dini ənənələrimizi məhv etmək deməkdir. Ona görə də bu cür cəhdlərə qarşı birgə mübarizə aparılmalıdır”. 
 

Komitə sədri eyni zamanda bölgələrdə komitə əməkdaşlarının tədbirlərində QMİ nümayəndələrinin yaxından iştirakını da tövsiyə edib. O həmçinin xurafatla bağlı bəzi dindarlara irad da tutub: “Əgər dindar hər hansı məclisdə falçılıqdan, xurafata şamil olunan şeylərdən danışırsa, demək, o, dindar deyil”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR