Fransada fövqəladə vəziyyət rejimi uzadıla bilər

Fransada fövqəladə vəziyyət rejimi uzadıla bilər
13:15 24 May 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fransada fövqəladə vəziyyət rejimi noyabrın 1-dək uzadıla bilər.

Trend-in məlumatına görə, Təhlükəsizlik Şurasının iclasının yekunu üzrə Yelisey Sarayının kommünikesində deyilir ki, hökumət yaxın vaxtlarda terror təhdidi ilə əlaqədar təhlükəsizliyin gücləndirilməsi üzrə yeni tədbirlər hazırlamalıdır.

Sənəddə bildirilir ki, iyulun 15-də müddəti bitən fövqəladə vəziyyət rejiminə gəldikdə, respublika Prezidenti parlamentin bu müddətin noyabrın 1-dək uzadılması ilə bağlı məsələyə baxmalı olduğunu qərara alıb.

Qeyd edək ki, Fransada fövqəladə vəziyyət rejimi sabiq Prezident Fransua Ollandın təşəbbüsü ilə Parisdəki terror aktlarından sonra tətbiq edilib və üç dəfə uzadılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2758626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR