Bütün turistlərin görmək istədikləri ABİDƏ - FOTOLAR

Bütün turistlərin görmək istədikləri ABİDƏ - FOTOLAR
13:18 24 May 2017
Ölkə mətbuatı
A- A+

Müqəddəs Ailə kilsəsi (La Sagrada Familia) turistlərin ən çox ziyarət etdiyi abidə seçilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur səyahət saytı “Tripadvisorda” dünyanın ən məşhur abidəsini müəyyən etmək üçün sorğu keçirib. 109.000 adamın iştirak etdiyi sorğuda məlum olub ki, İspaniyanın Barselona şəhərində yerləşən Müqəddəs Ailə Kilsəsi turistlərin ən çox diqqətini çəkdiyi yerdir.

Sorğuda o da qeyd olunub ki, Barselonaya gələn turistlərin çoxu Müqəddəs Ailə Kilsəsinin qarşısında şəkil və selfi çəkdirməyə böyük maraq göstərir. İspaniyanın ən çox ziyarət edilən tarixi abidəsi hər il təxminən 3 milyondan artıq turisti qəbul edir.

Bəs bu uğurun arxasında nə sirr yatır?

Sənət əsəri sayılan kilsənin inşasına 1882-ci ildə başlanılıb. Məşhur kilsənin tikintisi 130 ildən daha çox davam edib. Bu da o deməkdir ki, Ailə Kilsəsinin tikintisi Misir Piramidalarının inşasından uzun müddətə ərsəyə gəlib.

Qeyri-adi dizayna malik olan kilsənin xarici hissəsi Barselonadan bir az uzaqda yerləşən müqəddəs Montserrattan dağından ilham alınaraq hazırlanıb. Abidə UNESCO-nun Dünya Mədəniyyət Mirası Siyahısına daxildir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dizayn/199989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR