Aeroport yolunda 250 manatlıq tələ qurulub - VİDEO

Aeroport yolunda 250 manatlıq tələ qurulub - VİDEO
13:22 24 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Aeroport şossesində quraşdırılan yol nişanı çaşqınlıq yaradıb.
 
Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, bu barədə "Avtostop" layihəsinin rəhbəri Tural Yusifli görüntü paylaşıb.
 
Videodan da göründüyü kimi şossedə göstərilən tabloda olan sürət həddi bir neçə metr sonra qəfil azaldılıb. Belə ki, sürət həddi yolda 100-dən 40-a endirilir.
 
Yəni siz sol 100-lük yolda avtomobillə hərəkət edərəkən qəfil sürəti 60 km. sürət azaltmalısınız. Yeni quraşdırılan yol nişanına diqqət etməyən sürücülər qarşıda radar quraşdırılacağı təqdirdə saatda 60 km sürəti aşıb qayda poza və 250 manat cərimələnə bilər. 
 
Tural Yusifli qeyd edir ki, yüzlərlə sürücü bu nişanı görmür və maşını öz sürəti ilə idarə edir. Onun sözlərinə görə, bu yeni nişanın quraşdırılması düzgün deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aeroport yolunda 250 manatlıq сərimələnmək üçün tələ qurulub

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR