Mağaradan malikanə düzəltdi - Bir gecə üçün 950 dollar kirayə pulu alır - FOTOLAR

Mağaradan malikanə düzəltdi - Bir gecə üçün 950 dollar kirayə pulu alır - FOTOLAR
13:23 24 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərəli Lionel Buckett ailəsindən ona miras qalan ərazidə gəzərkən qarşısına bir mağara çıxıb. Kənardan maraqlı görünüşə sahib mağara Lionelin diqqətini çəkib. Mağaranı kəşf etməyə başlayan Lionel buranı özünə ev seçir.

Ətrafa açılan bənzərsiz mənzərəsi ilə insanları valeh edən mağara turist ziyarətlərinə də açıqdır.

Lionelin yeni yaşayış yeri olan mağarasında oturma otağı, ikinəfərlik yataq otağı, bir sıra məişət avadanlıqlarından ibarət kiçik mətbəx, spa və duş kabinasından ibarət hamam otağı var. Şəkillərə baxdıqdan sonra buraya mağara demək həqiqətən də haqsızlıq olardı.

Mağaranın divarlarında ibtidai dövrü xatırladan rəsmlər həkk olunub. Girişdə daşlardan ibarət maraqlı heykəl yerləşir. Ümumi quruluşa heç bir dəyişiklik etməyən Lionel deyir ki, ətraf mühit ilə əlaqəni kəsmək istəmir: "Mağaranın pəncərələrini və giriş-çıxışları iki qat şüşədən hazırlamışam. Belə həm mən təbiətin gözəl mənzərəsini izləyirəm, həm də qışda soyuq havaların qarşısını almış oluram."

Ağacların arasında yerləşən mağara təbiətin tərtəmiz havasını sanki özünə çəkir. İçi olduqca sadə və zövqlü əşyalarla dizayn olunmuş mağara turistlərə və buranı ziyarət edən insanlara 960 dollar müqabilində bir gecəlik kirayəyə verilir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR