Azərbaycan-Türkiyə-Gürcüstan silahlanır

Gürcüstan, Türkiyə və Azərbaycan bu ilin iyun və sentyabr aylarında birgə təlimlər keçirməyi planlaşdırır. Ötən gün Batumidə hər üç ölkənin müdafiə nazirlərinin birgə iştirakı ilə keçirilən görüşdə bu plan müzakirə olunub. Nazirlər hərbi, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və bir sıra qarşılıqlı maraq doğuran digər istiqamətləri də nəzərdən keçiriblər.

Bu birlik yaxın gələcəkdə Ermənistan qarşı əməliyyatlar təşkil edə bilərmi?

“Düşünmürəm ki, nə Gürcüstan, nə də Türkiyə Ermənistana qarşı əməliyyatlarda iştirak eləsin”.

Bu sözləri Metbuat.az-a açıqlamasında ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, təlimlərdə məqsəd Azərbaycanın hərbi qulluqçularının döyüş hazırlığını artırmaqdır:

“Hər bir ölkə öz maraqları çərçivəsində bu təlimlərdən yararlanacaq. Torpaqlarımız nə qədər ki işğal altındadır, biz, ordumuzu hazırlamalıyıq. Ordumuz təkcə öz daxilində deyil, daxildə, kənarda, ikitərəfli və üçtərəfli münasibətlər çərçivəsində də hazırlıq keçir. Bu hazırlıq xeyli müddətdir keçirilir. Bundan əvvəl də Gürcüstan-Türkiyə-Azərbaycan təlimləri keçirilib.

Silahlı qüvvələrimizin şəxsi heyəti yeni bilik və bacarıq əldə edəcək

Ötən gün 3 ölkənin müdafiə nazirləri bir araya gəldi. Yaxın vaxtlar üçün birgə fəaliyyət proqramını müzakirə etdilər. Təlimlərin hansı poliqonda, hansı heyətlə keçirilməsi razılaşdırıldı. Yaxın zamanlarda silahlı qüvvələrimizin şəxsi heyəti yeni bilik və bacarıq əldə edəcək.

Gürcüstan və Azərbaycan üçün Türkiyə ilə bərabər təlimlərin keçirilməsi o anlamda yaxşı haldır ki, Türkiyə faktiki cəhətdən döyüş əməliyyatlarında həm PKK-ya qarşı, həm Suriyadakı əməliyyatlarda iştirak edir. Müəyyən məlumatları, nəzəri və faktiki bilikləri var. Azərbaycan Silahlı Qüvvələri də bu bilikdən faydalanır. Bizim yeganə istəyimiz odur ki, döyüş qabiliyyətimizi artıraq və Azərbaycanən ərazi bütövlüyün, suvirenliyini tam şəkildə təmin edək”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR