Britaniyada yeni terror təhlükəsi

İngiltərə baş naziri Teresa May ölkədə terror təhlükəsinin yüksək olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, təhlükəsizliyi yüksək həddə çatdıran hökümət polislə yanaşı, hərbçilərdən də istifadə edəcək:

“Strateji məntəqələrin qorunmasında polislərin əvəzinə silahlı qüvvələrdən istifadə ediləcək. Konsert və idman oyunları zamanı da mühafizə ilə əsgərlər məşğul olacaq”, - deyə May bildirib.

Qeyd edək ki, Britaniyada iyunun 8-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təhlükəsizlik sistemi gücləndirilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR