Almanlar ingilis şahzadəsinə qarşı

Almanlar ingilis şahzadəsinə qarşı
13:38 24 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın Şimali Reyn şəhərindən olan Dario Şramm adlı bir məktəbli ingilis dili imtahanlarının məktəblərdə çox ağır keçməsi ilə bağlı etiraza qalxıb.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, 10-cu sinif şagirdi Dario artıq etirazla əlaqədar online petisiya keçirərək və 43 min imza toplamağa nail olub. Şagird bildirir ki, ingilis dili imtahanı orta məktəb üçün həddən artıq çətin təşkil edilib. Bu imtahanları yalnız ingilis uşaqları keçə bilər.

Məktəblilər həm də imtahan sualı kimi qoyulmuş Britaniya şahzadəsi Harrinin çıxışından hiddətləniblər. Onlar düşünürlər ki, şahzadənin nitqi anlaşılmazdır və onun mızıltı ilə nə dediyindən baş açmaq olmur. Şagirdlərə bəzi təhsil işçiləri də qatılıblar. Onlar deyirlər ki, şahzadənin nitqini nəinki məktəbli uşaqlar, heç ingilisdilli müəllimlər də anlaya bilmirlər.

Başqa bir imtahan tapşırığında isə əslən Cənubi Afrikadan olan müğənni Miriam Makebin mahnısının sözləri düşüb. Şramm bununla bağlı da etirazını bildirib. Uşaq deyir ki, mahnıda müğənni Afrika ləhcəsi ilə danışır və jarqonlardan çox istifadə edir. Məktəblərdə isə küçə ingilis dili deyil, ədəbi ingiliscə öyrədilir.

Hazırda şağirdlər imtahanın təkrar və asan şəkildə keçirilməsini tələb edirlər.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR