Lahmacunu bir də toyuqla bişirin...

Lahmacunu adətən, dana ətindən hazırlayırlar. Ancaq bu gün toyuq ətindən hazırlanan lahmacun resepti təqdim edəcəyik.

Metbuat.az toyuqlu lahmacunun hazırlanma qaydasını təqdim edir:

Tərkibi:
5 st. un
Yarım st. əridilmiş kərə yağı
2 x/q qatıq
1 ç/q şəkər tozu
2 ç/q duz
1 x/q maya
Aparana qədər süd

İçi üçün:
2 toyuğun ağ əti
2 ədəd soğan,
1 ədəd pomidor
1 ədəd bibər,
1 dəstə cəfəri
3 x/q acika
Yarım stəkan su
Duz, pul bibər

Üzəri üçün:
Limon, cəfəri

Hazırlanmasına gəldikdə, ərzaqları əlavə edib yumşaq xəmir yoğurun və mayalanmağa qoyun. Toyuğun ağ ətini və soğanı ət maşınında çəkin. Pomidor və bibəri sürtgəcdən keçirib cəfərini də doğrayın və çəkilmiş toyuq ətinin üzərinə tökün, acika, su, duz və pul bibəri də əlavə edib yaxşıca qarışdırın. Xəmirləri kündələrə bölüb içlikdən üzərinə əlavə edib yayın. Listə qoyub 220-240 dərəcədə 8-10 dəqiqə bişirin. Üzərinə limon və cəfəri qoyun.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR