Mərhum yazıçı Mövlud Mövludun kitabının təqdimatı keçiriləcək

Mərhum yazıçı Mövlud Mövludun kitabının təqdimatı keçiriləcək
13:47 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçiriləcək.
“Report”un məlumatına görə, təqdimat may ayının 27-də saat baş tutacaq, 12.00-dan 14.00-a qədər davam edəcək.
Kitabın satışından əldə olunan gəlir M.Mövludun övladına bağışlanacaq.
M.Mövludun “Çətirsiz” hekayələr kitabı Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən 15-ci kitabdır.
Qeyd edək ki, M.Mövlud 1989-cu ildə anadan olub. O, 2017-ci ilin martın 16-da özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/merhum-yazici-movlud-movludun-kitabinin-teqdimati-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR