Avropa İttifaqı efirə çıxır

Avropa İttifaqı efirə çıxır
13:55 24 May 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) nümayəndəliyi, ADA Universiteti və ASAN Radionun Avropa və Aİ barədə "AvropadASAN" adlı birgə proqramı ASAN Radioda başlayır.

Bu barədə Trend-ə Aİ-nin nümayəndəliyindən məlumat verilib.

Proqramın məqsədi Azərbaycan ictimaiyyəti ilə Avropa arasında anlaşma körpülərini qurmaqdır.

"AvropadASAN” bir saatlıq radio verilişi olub, Avropa ilə bağlı təhsil, informasiya və əyləncəli xəbərlərdən bəhs edəcək və musiqi ilə müşayiət olunacaq. Verlişə Aİ-də mədəniyyət, təhsil, səyahət, musiqi dünyasının ən son trendləri barədə məlumatlar daxil olacaq. Ölkədə səfərdə olan və ya yaşayan Avropalı rəssamlar, ifaçılar və iş adamları, eləcə də Avropada yaşamış azərbaycanlılar da verlişin qonaqları olacaq.

"AvropadASAN” Azərbaycanda baş tutacaq Avropa mədəniyyət tədbirlərindən danışacaq. Aİ-yə Üzv Dövlətlərin Səfirlikləri ilə tərəfdaşlıqda Azərbaycanda fəaliyyət göstərən Aİ Nümayəndəliyi və Avropa Səfirlikləri tərəfindən təşkil olunan gələcək konsertlər, sərgilər, film festivalları, müsabiqələr və digər bayram tədbirləri barədə proqramda məlumat veriləcək.

Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib: "Yeni radio proqramının məqsədi Avropa İttifaqı və ona Üzv Dövlətlərin zəngin mədəni müxtəlifliyini nümayiş etdirmək və Azərbaycan ictimaiyyətinin Avropanı daha asan tanımasını təmin etməkdir. AvropadASAN-ın interaktiv olmasını istərdik, dinləyicilərimizin şərh və rəy verəcəyinə ümid edirik."

"AvropadASAN” 100FM radio tezliyində hər ayın birinci və üçüncü çərşənbə axşamı günləri saat 18.30-19.30-da efirə veriləcək, hər ayın ikinci və dördüncü cümə axşamı günlərində saat 14:00 - 15:00-da təkrarlanacaq. Proqramın ilk qonağı Aİ-nin Azərbaycandakı səfiri M.Mard olacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2758644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR