Dünyanın ən qəribə sevgisi: tənhalıqdan aşiq oldu - FOTO

Dünyanın ən qəribə sevgisi: tənhalıqdan aşiq oldu - FOTO
14:05 24 May 2017
Ölkə mətbuatı
A- A+

Onun adı Qreypdir. Yaponiyanın Tobu şəhərindəki zooparkda saxlanır.

Ən qəribə aşiq sayılır, çünki kartona vurulub.

Milli.Az Yomiuri-yə istinadən bildirir ki, 20 yaşlı, Humbolt pinqvini cinsindən olan Qreyp 10 il əvvəl Midori adlı dişi pinqvinlə Tobu zooparkına gətirilmişdi.

Lakin bir neçə il sonra Qreypin "xanımı" Midori başqa erkək pinqvinə vuruldu və Qreypi tərk etdi.

Qreyp tək qaldı.

İndi o, volyerə qoyulmuş karton anime-personaja aşiq olub.

Kartondakı isə Hululu adlı anime-personajdır.

Hululu "Kemono Friends" adlı anime serialın qəhrəmanlarından biridir.

Hululu həmin serialda əsas obrazlardan biri sayılmasa da, Qreypin ürəyini fəth edib.

Qreypi bu eşqi Yaponiyada o qədər məşhurlaşdırıb ki, animer serialda Hululu obrazını səsləndirən aktrisa İkoko Çikuta belə, "aşiq" pinqvinə baş çəkib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR