Erməni deputatın anti-Azərbaycan mövqeyi rədd edildi - FOTO

Erməni deputatın anti-Azərbaycan mövqeyi rədd edildi - FOTO
14:12 24 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Moldova parlamentinin binasında Avronest Parlament Assambleyasındakı Büro iclası keçirilib. İclasda millət vəkili Fuad Muradovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Milli.Az xəbər verir ki, bir sıra məsələlərin müzakirə edildiyi iclasda qərara alınıb ki, Azərbaycanın təşəbbüsü əsasında Avronest PA-nın Sosial komitəsi çərçivəsində 2017-ci ilin sentyabrında "Şərq Tərəfdaşlığı regionunda sağlamlıq və gender məsələləri üzrə" mövzusunda konfrans keçirilsin. Lakin maraqlıdır ki, Ermənistan nümayəndə heyəti bu təşəbbüsün əleyhinə çıxıb. Buna baxmayaraq, ermənilərin etirazları qəbul edilməyib, hətta bu, Büro üzvlərinin narazılığına səbəb olub. Onlar birmənalı olaraq Azərbaycana dəstəyini ifadə ediblər.

Qeyd edək ki, iclasda Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığı ölkələrində keçirilən seçkilər, Avronest PA-nın gücləndirilməsi üçün görüləcək tədbirlər, Aİ ilə Şərq Tərəfdaşlığı ölkələrinin qarşılıqlı əlaqələrinin möhkəmlənməsi üçün strategiya və 2017-ci ilin sonunda Avronest PA-nın Kiyevdə keçiriləcək plenar sessiyasına dair məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində Avronest PA üzvləri Moldova parlamentinin spikeri Andrian Kandu ilə də görüşüb. Görüşdə Fuad Muradov spikerə GUAM-la bağlı sual ünvanlayıb. A.Kandu bildirib ki, Moldova bu təşkilatın əhəmiyyətini çox yüksək dəyərləndirir və çox böyük önəm verir. Spiker həmçinin GUAÇ-ın ərazi bütövlüyü, enerji məsələləri və digər vacib məsələlərlə bağlı mövqeyini və rolunu yüksək qiymətləndirib. O, Azərbaycandakı inkişaf prosesini də yaxından izlədiyini və ölkəmizlə ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/547858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR