“Qarabağ”dan ayrılan İlqar Qurbanov karyerasını Türkiyədə davam etdirəcək

“Qarabağ”dan ayrılan İlqar Qurbanov karyerasını Türkiyədə davam etdirəcək
14:12 24 May 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ “Qarabağ” klubundan ayrılan futbolçu İlqar Qurbanovun “Qəbələ” komandasına keçidi baş tutmayıb. 
Bu barədə “Report”a “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.
O bildirib ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını ölkə xaricində davam etdirmək istəyir: “İlqar Qurbanovun “Qəbələ”yə keçidi gündəmimizdə idi. Lakin o, karyerasını Türkiyədə davam etdirmək istədiyi üçün komandamıza transferi baş tutmadı”.
Qeyd edək ki, Türkiyənin “Fənərbağça” klubunun yetirməsi olan İlqar Qurbanovun peşəkar futbolçu kimi müqavilə bağladığı ilk klub "Xəzər Lənkəran” olub. O, karyerası ərzində “Olimpik-Şüvəlan”, eləcə də Türkiyənin “Sivasspor”, “Boluspor” və “Mesin İdman Yurdu” klublarının formasını geyinib. Azərbaycan milli komandasının sabiq üzvü 2011-ci ildən “Qarabağ”da çıxış edirdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-dan-ayrilan-i-lqar-qurbanov-karyerasini-turkiyede-davam-etdire-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR