Eşq yolunda səyahətə hazırsınızımı?

Eşq yolunda səyahətə hazırsınızımı?
14:15 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yunus Əmrə 700 il əvvəldən günümüzə qədər uzanan bir dil körpüsü, insandan insana uzadılmış sevgi, qardaşlıq və dözümlülük əlidir.

Aradan keçən bu qədər zamana baxmayaraq, bu gün də bəşəriyyətə söyləyəcək sözü olan bir dil və könül ustasıdır. Bu səbəbdən onun həyatı, şəxsiyyəti, düşüncələri, sufiliyə gətirdiyi dərinlik və dünyəvi insan sevgisinin doğru bir şəkildə bilinməsi son dərəcə əhəmiyyətlidir.

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə 25 may 2017-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında "Eşqə yolçuluq" adlı teatr nümayişi keçiriləcək. Tamaşaya Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkilləri, protokol üzvləri, alimlər və bir çox sənətseverlər təşrif edəcəklər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2758660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR