Bakıda gənclər arasında intellektual müsabiqə keçirilir

Bakıda gənclər arasında intellektual müsabiqə keçirilir
14:17 24 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ "Xəzər" İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən Peşəkar İntellekt Liqasında 8 tur arxada qalıb. 
"Report"un məlumatına görə, Liqanın ilk turlarında Bakı biliciləri ilə yanaşı, Mingəçevir, Gəncə, Lənkəran və Beyləqan klublarından olan 30-dan çox komanda iştirak edib.
Peşəkar İntellekt Liqasının təşkilində məqsəd bilicilərin peşəkar vərdişlərinin təkmilləşdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, regionlarda intellektual oyunlar hərəkatının inkişafına dəstəkdir.
Liqa cari il fevralın 9-da start götürüb. Hazırda 8 turdan sonra "Vendomat", "Prestige" ilk yerlərdə qərarlaşıblar. "Jagermeister" və "Revolver" komandaları isə 3-ü yeri bölüşdürürlər.
Peşəkar İntellekt Liqası qaliblərinə "CinemaPlus" tərəfindən təqdim olunan dəvətnamələr və digər hədiyyələr verilib. Turlardan sonra mütəmadi olaraq səsvermə yolu ilə ən yaxşı sual və sual paketləri seçilir.
Qeyd edək ki, Peşəkar İntellekt Liqası yarandığı gündən tanınmış bilicilər arasında böyük nüfuz qazanıb. “Gənclərin İntellektual İnkişaf Mərkəzi”nin rəhbəri Faiq Hüseynov Liqanı peşəkar yöndə atılmış addım və gələcəyi böyük ümidlər vəd edən layihə, digər tanınmış bilici və İctimai Televiziyanın əməkdaşı Tural Dadaşov isə yerli sual müəlliflərinin, sual ideyalarının tapılmasında xüsusi rolu olacağını bildiriblər.
Xatırladaq ki, Peşəkar İntellekt Liqası Bakı Dəniz Limanının maliyyə dəstəyi ilə keçirilir. Oyunlar hər bazar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil edilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bakida-gencler-arasinda-intellektual-musabiqe-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR