""Barselona" "Real"ı udmaq üçün bizə rüşvət verdi"

""Barselona" "Real"ı udmaq üçün bizə rüşvət verdi"
14:32 24 May 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının sonuncu turu haqda söz-söhbətlər səngimək bilmir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Katoloniya mətbuatı "Malaqa"nın "Real"a bilərəkdən məğlub olduğunu iddia edir.

Ancaq "Malaqa"nın prezidenti Əl Thaninin verdiyi açıqlama hər kəsi şoka salıb. O, "Real"ı məğlub etmək üçün "Barselona"nın "Malaqa"ya rüşvət təklif etdiyini söyləyib: "Əgər "Barselona" tərəfi 24 saat ərzində bu söz-söhbətlərə son qoymasa, FİFA-ya müraciət edəcəm və "Barselona"nın bütün oyunları ilə bağlı araşdırma aparılmasını tələb edəcəm. Biz heç vaxt oyun satmarıq! Bunun ən böyük cavabı, "Barselona"nın "Real"ı məğlub etmək üçün bizə təklif etdiyi rüşvətə "yox" cavabı verməyimizdir".

Qeyd edək ki, sonuncu turda "Malaqa"nı məğlub edən "Real" tarixi ərzində 33-cü çempionluğunu bayram edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR