Azərbaycan Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət olunub

Azərbaycan Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət olunub
14:32 24 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Qırğızıstan parlamentinin sədri Çınıbay Tursunbekov Azərbaycanı bu ilin payızında ölkədə keçiriləcək prezident seçkilərində müşahidə missiyasında iştiraka dəvət edib.
"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, dəvət Ç.Tursunbekovun İstanbulda Milli Məclisin sədri Oqtay Əsədovla görüş zamanı olunub.
Görüşdə tərəflər ölkələr arasında ikitərəfli münasibətlərin indiki vəziyyətini müzakirə ediblər.
Ç.Tursunbekov Qırğızıstan tərəfinin Azərbaycanla hərtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.
Onun fikrincə, Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) çərçivəsində əməkdaşlığı genişləndirmək lazımdır. O, Qırğızıstan parlamentinin iyulun sonunda TürkPA-nın növbəti, 7-ci plenar iclasını keçirməyə hazır olduğunu vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-qirgizistanda-kecirilecek-prezident-seckilerini-musahide-etmeye-devet-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR