Röya "Qarabağ"ın futbolçusu barədə: "O, mənim canımdır" - FOTO

Röya "Qarabağ"ın futbolçusu barədə: "O, mənim canımdır"   - FOTO
14:47 24 May 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın məşhur müğənnisi Röya “Qarabağ”ın futbolçusu Mahir Mədətovla şəklini paylaşıb.


Fanat.Az xəbər verir ki, şəxsi “Instagram” hesabında paylaşım edən əməkdar artist millimizin üzvü ilə olan xatirəsindən söz açıb: “O, mənim canımdır. Onu ilk dəfə görəndə 6 yaşı vardı. Uy da, qocaldıq. Maşallah olsun, mənim uğurum, alqışım və vuran ayağım. O, bizim “Qarabağ” futbol klubunun favoritidir. Biz gənclərə inanmalıyıq”.


Qeyd edək ki, şəkil ötən gün dövlət başçısı İlham Əliyevin İslam Həmrəliyi Oyunlarında fərqlənən idmançılarımızla görüşü zamanı çəkilib.


Xatırladaq ki, İslamiadada U-23 millimizin heyətində çempion olan Mahir şou-biznes aləmində tanınan prodüser Anar Mədətovun oğludur.




Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-roya-quotqarabaquotn-futbolcusu-bard-quoto-mnim-canmdrquot-t58308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR