Nəhəng zirvədə ölənlərin sayı 10-a çatdı

Dünyanın ən hündür zirvəsi hesab olunan Everestə qalxmağa çalışarkən həyatlarını itirənlərin sayı 10-a yüksəlib.

Metbuat.az bildirir ki, 8 km-dən uca olan zirvəyə ən yaxın düşərgədə 4 alpinist ölü vəziyyətdə tapılıb. Cəsədlərin həftə sonu həyatını itirən slovak alpinistin meyitini tapmaq üçün düşərgəyə yollanan xilasetmə qrupu tərəfindən tapıldığı deyilir. Bundan əlavə, ABŞ, Slovakiya, Hindistan və Avstraliya vətəndaşları olan 4 alpinistin də zirvəyə qalxarkən öldükləri vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR