​Ramazan ayında toy etmək olar?

Bəzi insanlar Ramazan ayında toy mərasimin keçirilməsini doğru hesab etmir. Hətta bunun günah olduğunu fikirləşənlər də var.

Maraqlıdır, dində Ramazan ayı zamanı toy mərasimlərinin keçirilməsinə qadağa varmı?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirdi ki, bu gün normal bir şəraitdə iftar vaxtı, eləcə iftardan əvvəl də toy etmək olar:

“Toy eləməklə bağlı dində heç bir qadağa yoxdur. Bu cür ifadə işlədənlər də, nə səbəbdən bunu deyir, bilmirəm. Çünki nə Qurani-Kərimdə, nə də Peyğəmbərin dövründə belə bir qadağa olmayıb. Əksinə, insanlar bu ayda daha çox gözəl işlər görməyə bir-birini təşviq edirlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR