ABŞ hərbçiləri "Rusiya hərbi terminologiyası" üzrə təlim alacaq

ABŞ Milli Qvardiyası "Rusiya hərbi terminologiyası" üzrə təlim alacaq.

Metbuat.az xəbər verir ki, Pentaqon ABŞ xüsusi təyinatlılarının Rusiya hərbi terminologiyası üzrə təlimi üçün tender elan edib.

Dil kursunda “Yaşıl bərəlilər” adlanan 20-ci desant qüvvələri iştirak edəcək. Kurslar həftə içi 9 saat olmaqla, 3 həftədən 6 həftəyə qədər davam edəcək.

ABŞ xüsusi təyinatlıları təlimlər zamanı ərəb, ispan, fransız dillərini öyrənməklə yanaşı, ölkənin tarixi, tarixi şəxsiyyətləri, mədəniyyəti haqda məlumatlar əldə edəcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR