Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bugünkü iclasında AMEA-nın yeni seçilmiş 16 həqiqi və 25 müxbir üzvünə diplomlar təqdim olunub.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən
AMEA-nın prezidenti Akif Əlizadə yeni üzvləri təbrik edərək onlara
elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsip, məqsəd və
prioritetlərinin həyata keçirilməsində uğurlar diləyib, Azərbaycan
elminin davamlı inkişafı naminə səfərbər olmağa çağırıb.
Akademik ötən ay keçirilən AMEA-nın Ümumi yığıncaqlarından söz
açıb. Qeyd edib ki, bu tədbirlərdə Azərbaycan elminin inkişafı və
respublikanın ictimai-mədəni həyatı üçün mühüm olan bir sıra
məsələlər müzakirə edilib: “Akademiyanın ölkə Prezidenti İlham
Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin
icrasının davam etdirilməsi, “Milli iqtisadiyyat və iqtisadiyyatın
əsas sektorları üzrə strateji yol xəritələri”nin həyata
keçirilməsində AMEA-nın yaxından iştirakının təmin edilməsi,
AMEA-da prioritet istiqamətli elmi tədqiqatlara üstünlük verilməsi
və digər məsələlərlə bağlı qərarlar qəbul olunub, AMEA üzvlüyünə
seçkilər keçirilib”.
Tədbirdə AMEA prezidenti Akademiyanın yeni üzvlərinə diplom,
üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı və
vəsiqələri təqdim edib