Ermənistan parlamentində qadın deputatların DAVASI

Ermənistan parlamentində qadın deputatların DAVASI
15:28 24 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan parlamentində hakim Respublika Partiyasının qadın deputatları Ermine Naqdalyan və Arpine Ovannisyan arasında intirqa başlayıb.

Publika.az
xəbər verir ki, “Qraparak” qəzeti qadın deputatların hətta dava etmək səviyyəsinə çıxdığını yazıb.

Buna səbəb AŞPA-da Ermənistan nümayəndə heyətinin rəhbərinin kim olmasıdır. İndiyə qədər nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan idi, lakin bu seçkidən sonra keçmiş ədliyyə naziri Arpine Ovannisyan vitse-spiker postuna təyin edildi. Həmçinin, onun AŞPA-dakı nümayəndə heyətinə rəhbər olacağı da deyilir. Lakin Serj Sarkisyanın arvadı Rita Sarkisyanın yaxın rəfiqəsi olan Ermine Naqdalyan bu postu əldən vermək istəmir.

Qəzet yazır ki, Naqdalyanın əvvəlki postunun bərpa ediləcəyi də gözlənilir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR